İngiltərə Futbol Assosiasiyası ölkə kubokunda əlavə vaxtı ləğv etməyi düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Futbolçular və məşqçilər yorğunluqdan getdikcə daha çox şikayətlənirlər, əlavə vaxtın olduğu kubok turnirlərində çox güc itirdiklərini bildirirlər. Bunun fonunda İFA İngiltərə Kubokunda oyunun əsas vaxtı heç-heçə bitəcəyi təqdirdə, əlavə 30 dəqiqəni ləğv etməyi planlaşdırır. Qərar qəbul olunsa, komandalar dərhal penaltilər seriyası ilə üzləşəcək.
Qeyd edək ki, əvvəllər İngiltərə Kubokunda heç-heçə olduğu halda, təkrar oyun keçirilib. Bu reqlament 2018/19 mövsümündən ləğv edilib.
Mirağa