- Alman alimlərin yeni araşdırması 21-ci əsrin sonunda Xəzər dənizinin suyunun səviyyəsinin 8-12 metr azala biləcəyini üzə çıxarıb.
Hafta.az-ın “Novıe İzvestiya” portalına istinadən yazdığına görə, bu vəziyyətin təsirləri, xüsusən də Rusiya və Qazaxıstan sərhədlərindəki şimal bölgəsində artıq hiss olunur. Araşdırmalara görə, suyun səviyyəsinin azalmasının əsas səbəbi qlobal istiləşmə nəticəsində yaranan buxarlanma sürətinin artmasıdır.
Şimali Xəzər regionunun dayaz suları azalmadan ən çox təsirlənən ərazilər sırasındadır. Volqa çayı deltasının orta dərinliyi cəmi 4 metr olduğu üçün bölgə tamamilə qurumaq təhlükəsi ilə üz-üzədir. Bu vəziyyət balıqçılıq, gəmiçilik və turizm kimi sektorlarda böyük problemlər yaradır. Xəzərə xas növlərdən biri və Volqa deltasında cins olan kaspyanka balığının ovlanması suyun səviyyəsinin azalması ilə əlaqədar xeyli azalıb.
1990-cı ildə 18 min ton olan Xəzərdə balıq ovu 2024-cü ildə 300 tona düşüb. Ehtiyatların azalması səbəbindən balıq ovu 2024-cü ildə qadağan edilib və bu qadağanın 2025-ci ildə də davam edəcəyi gözlənilir. Mütəxəssislər bildirirlər ki, son 20 ildə Xəzər balıqlarının sayı iki dəfə azalıb və bu, ekosistemə mənfi təsir göstərir.
Lakin Xəzərdə suyun səviyyəsinin azalması neft və təbii qaz sektoru üçün yeni imkanlar yaradacaq. Quru bölgələrdə enerji resurslarına çıxışın asanlaşacağı proqnozlaşdırılır. Portalın məlumatına görə, artıq Qazaxıstan Artinau yaxınlığında böyük neft-qaz yatağının işlənməsinə başlayıb.