AZ

Rusiyalı politoloq Trampla Putinin gələcək görüşünün təfərrüatlarını açıqlayıb

“Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp danışıqlar zamanı Şimal axınının taleyini müzakirə edə bilərlər”. 

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dudçak deyib.

O qeyd edib ki, Amerika tərəfinin əsas ideyası Ukraynadakı münaqişəni dondurmaqdır və bu, Rusiya üçün qəbuledilməzdir. 

Onun sözlərinə görə, Moskva iki səbəbdən buna razı olmayacaq:

“Birincisi, Minsk razılaşmalarının təcrübəsi Kiyevin pauzadan necə istifadə etdiyini göstərdi. İkincisi, indi rus qoşunları durmadan irəliləyir”, - deyə Dudçak vurğulayıb.

Politoloq hesab edir ki, liderlər arasında danışıqlar üçün ən uyğun yer Minsk və Astanadır.

Xatırladaq ki, yanvarın 10-da Tramp Putinlə görüşəcəyini açıqlayıb. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr