AZ

Polşa-Ukrayna sərhədi yaxınlığındakı logistika mərkəzi "Patriot" sistemləri ilə əhatə olunacaq

Almaniya yanvarda Polşanın Jeşuv şəhərində "Patriot" hava hücumundan müdafiə sistemlərini quraşdırmaq niyyətindədir.

Herbiand.az bildirir ki, bunu yanvarın 14-də Kiyevə gələn Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O qeyd edib ki, Ukraynanın tərəfdaşları Ukraynaya köməkdən söhbət gedəndə Jeşuv şəhərinin logistika mərkəzi kimi əhəmiyyətini başa düşürlər. Şəhər Ukrayna sərhədindən 100 km aralıda yerləşir.

“Yanvarda mən şəxsən Jeşuva gedəcəm ki, bu ay orada "Patriot" müdafiə sistemləri işə başlayacaq”, - Pistorius söyləyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr