Şamaxı Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən İqbal Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Yaqubovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5500 manat miqdarda cərimə cəzasına məhkum edilib.
İttihama görə, İqbal Quliyev 2020- 2023-cü illərdə Şamaxıda liseyin təlim-təsərrüfat müdiri vəzifəsində işləyib. O, təhvil-təslim zamanı aktı əsasında öhdəliyinə verilmiş liseyin təsərrüfatına məxsus 76 baş xırdabuynuzlu heyvanı liseyn təsərrüfatına təhvil verməyərək ələ keçirib və 12770 manat dəyərində xeyli miqdarda özgə əmlakını mənimsəməyib.
Kamal Məmmədov
Tarix: 15 Yanvar 2025, 10:33