Əfqanıstanda iqtidarı ələ keçirən Taliban administrasiyası ABŞ-la məhbus mübadiləsinə çalışır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlama verib.
O, ABŞ və Əfqanıstan arasında mümkün məhbus mübadiləsi ilə bağlı ölkəsindəki Amu TV-yə danışıb: "Biz, əlbəttə, məhbuz mübadiləsinə hazırıq. Bu barədə qarşı tərəfə fikrimizi bildirmişik. Danışıqlar davam ediyr, lakin hələlik müsbət nəticə yoxdur. ABŞ bu istiqamətdə həvəsli deyil. Biz onlara Əfqanıstanda saxlanılan amerikalıların əvəzində Quantanamodakı əfqan məhbusların azad edilməsini təklif edirik".
Tahir Şəlvəli
MİA.AZ