AZ

Təl-Əvivə PUA ilə zərbə endirilib

Yəməndəki husilər İsrailin paytaxtı Təl-Əvivin Yaffa bölgəsinə və Eylatşəhərinə hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri husilərə aid “Əl-Məsirə” televiziyasına verdiyi açıqlamada, hücümla bağlı məlumat verib.

Çoxlu sayda silahlı pilotsuz uçuş aparatı (PUA) ilə iki uğurlu hərbi əməliyyat həyata keçirdiklərini ifadə edən Seri, Tel-Əviv yaxınlığındakı Yaffa bölgəsini və ölkənin cənubunda yerləşən Eylat şəhərindəki elektrik stansiyasını hədəf aldıqlarını bildirib.

Mətbuat katibi Seri hər iki əməliyyatın öz məqsədinə çatdığını bildirib.

Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə hücumlar təşkil edir.

Husilər xüsusilə pilotsuz uçuş aparatları ilə İsrailin müxtəlif bölgələrinə də müxtəlif hücumlar həyata keçirirlər.

Seçilən
3
cebheinfo.az

1Mənbələr