AZ

Ötən il Bakı Limanı 7,6 milyon ton yük aşırıb

Bakı. Trend:

Orta Dəhlizin marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötənil ərzində aşırılan yükün ümumi həcmi 7,6 milyon ton olub ki, bu da2023-ci ilin müvafiq göstəricisindən 3.2% çoxdur. Belə ki,konteyner daşınmasında 73%-dən çox, ümumi yükaşırma həcmində 3%-dənçox, təkərli texnikanın daşınmasında isə 7%-dən çox artım olub.

Bu barədə Trend-ə Bakı Limanından məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyükartımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayındaqeydə alınıb. Təkcə ötən il ərzində Bakı Limanında 76.775 TEUekvivaletində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə73%-lik artımın göstəricisidir.

2024-cü il ərzində Bakı Limanında qəbul edilən və yol salınantəkərli texinakaların sayı isə 58 169 ədəd olub ki, bu da birəvvəlki illə müqayisədə 7.2%-lik artım deməkdir.

Eyni zamanda, ötən il ərzində limanda aşırılan quru yükün həcmi1 milyon 44 min tondan çox, vaqon sayı isə 37 515 ədəddən çox olubki, bu göstəricilər də bir il əvvəlki illə müqayisədə artımdanxəbər verir.

"Ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi yəni 70% -itranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrinAzərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən OrtaDəhlizə olan marağının nəticəsidir.

Ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə və regionunən müasir logistika mərkəzi və limanı olan Bakı Limanınagünü-gündən artan marağı, eyni zamanda sürətlə inkişaf edəninfrastruktur və logistik əməliyyat imkanlarını nəzərə alaraq deməkolar ki, cari ildə də müsbət statistik tendensiya davametdiriləcək", - deyə məlumatda qeyd olunub.

Seçilən
5
15
az.trend.az

10Mənbələr