AZ

Türkiyədə turistlər arasında saxta spirtli içkilərdən kütləvi zəhərlənmə – 11 nəfər həyatını itirdi

Türkiyədə istirahət edən turistlər arasında saxta spirtli içkilərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb. 

Missiya.Az xəbər verir ki, bu barədə “Kocaeli Gazetesi” məlumat yayıb.

Məlumata görə, İstanbulda 38 nəfərin zəhərləndiyi, onlardan 26-nın xarici ölkə vətəndaşı olduğu dəqiqləşib. 11 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Türkiyənin müvafiq qurumları hadisə ilə bağlı araşdırmalara başlayıb. Məlumatda həmçinin qeyd olunur ki, oxşar hadisə 2022-ci ildə də Türkiyədə yaşanıb. Həmin vaxt saxta spirtli içkilərdən 22 turist həyatını itirib. 

ElcanMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr