AZ

ABB-nin biznes kreditləri portfelində böyük artım

ABB-nin (Azərbaycan Beynəlxlaq Bankı) kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü illə müqayisədə 2024-cü ildə 1 milyard 302 milyon 29 min manat və ya 25,8% artaraq 6 milyard 350 milyon 801 min manata çatıb. 

Bu barədə Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.

O cümlədən, ABB-nin biznes kreditləri portfeli 604 milyon 631 min manat və ya 24,1% artaraq 3 milyard 109 milyon 246 min manata, istehlak kreditləri portfeli 428 milyon 588 min manat və ya 31,3% artaraq 1 milyard 798 milyon 708 min manata, ipoteka kreditləri portfeli isə 268 milyon 810 min manat və ya 22,9% artaraq 1 milyard 442 milyon 847 min manata yüksəlib.

Seçilən
26
marja.az

1Mənbələr