AZ

"TikTok" bu tarixdə fəaliyyətini dayandıracaq

"TikTok" sosial şəbəkəsi yanvarın 19-da ABŞ-də öz tətbiqinin fəaliyyətini dayandırmağa hazırlaşır.

Söz.az xəbər verir ki, bu barədə "The Information" məlumat yayıb.

"TikTok qüvvəyə minməsi gözlənilən qadağaya uyğun olaraq bazar günü tətbiqini oflayn rejimə keçirməyə hazırlaşır", - deyə məlumatda bildirilib.

ABŞ Ali Məhkəməsi bu qadağanı ləğv etməsə, sosial şəbəkə Amerika bazarını tərk etmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, dekabrın 7-də "The New York Times" qəzeti "TikTok"-un ABŞ-də qadağan oluna biləcəyini yazıb. 

Nəşr bu qərarı tətbiq üçün "ölüm zərbəsi" adlandırıb, çünki "TikTok" 170 milyon istifadəçisi ilə ABŞ-də olduqca populyardır.

Xatırladaq ki, 2024-cü ilin fevralında bir qrup ABŞ senatoru və Nümayəndələr Palatasının üzvləri "TikTok"-un milli təhlükəsizliyə təhdid yaratdığına qərar veriblər.

"ByteDance" şirkəti bu addımın ABŞ-də 170 milyondan çox "TikTok" istifadəçisinin hüquqlarını pozacağını bildirib.


Seçilən
9
soz.az

1Mənbələr