AZ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Çərşənbə günü ABŞ-da İstehsal Qiymətləri İndeksinin (PPI) proqnozların altında dərc olunması fonunda dolların cari həftənin əvvəlində başlayan eniş tendensiyası davam edib.

Belə ki, EUR/USD valyuta cütlüyü 1.0239 səviyyəsindən 1.0308 səviyyəsinə qədər qalxıb. USD/JPY cütlüyü isə bugün səhər saatlarında 158.080 həddindən 157.310 həddinə kimi geriləyib.

“Bitcoin” bazar ertəsi gün 90000$ səviyyəsinə düşdükdən sonra bahalaşmağa başladı və artıq 97000$ səviyyəsində ticarət olunur. “Ethereum”-un qiyməti isə 2919$ həddini test etdikdən sonra bahalaşaraq 3228$ təşkil edib.

Ötən gün ABŞ-ın Əmək Departamentinin dərc etdiyi məlumatlara əsasən, ölkədə İstehsal Qiymətləri İndeksi (PPI) noyabr ayı ilə müqayisədə dekabr ayında 0.2% artıb. Analitiklər dekabr ayında PPI-ın 0.4% artacağını proqnozlaşdırmışdılar. İllik ifadədə göstərici noyabr ayında 3.0% artdıqdan sonra dekabr ayında 3.3% artıb. Enerji və ərzaq qiymətləri istisna olmaqla hesablanan İstehsal Qiymətləri İndeksi (PPI core) dekabrda əvvəlki ay ilə müqayisədə dəyişməyib.

Bugün bazar iştirakçılarının diqqət mərkəzində Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da inflyasiyaya dair açıqlanacaq göstəricilər olacaq. Belə ki, analitiklər dekabr ayında İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.4%, illik ifadədə isə 2.9% artdığını proqnoz edirlər.

Həmçinin, Böyük Britaniyada da istehlak qiymətlərinə dair məlumatlar dərc olunacaq, Avrozonada isə Sənaye Sektorunda İstehsal Həcmi göstəricisi investorların maraqla gözlədikləri xəbərdir.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. 

Seçilən
27
1
marja.az

2Mənbələr