AZ

Acqarına bu 8 qidanı YEMƏK OLMAZ

Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi qidaları acqarına qəbul etmək həzm və mədə problemlərinə səbəb ola bilər. 

News24.az acqarına istehlak edilməməli olan qidaları təqdim edir:

1. Qəhvə

Xüsusilə süzgəcli qəhvə və ya espresso kimi güclü qəhvələr acqarına içildikdə mədədə gərginlik yarada bilər. Çünki qəhvənin tərkibindəki kofein mədə turşusunu ifraz edən qastrin hormonunun istehsalını artırır. Dr. Robynne Chutkan deyir: "Kofein yemək borusu ilə mədə arasındakı əzələ qapağını rahatlaşdırır. Bu, daha da mədə turşusunun özofagusa geri sızmasına və reflüyə səbəb ola bilər".

Qəhvənin əks təsirlərindən qaçmaq üçün qəhvə içməzdən əvvəl yüngül qəlyanaltı yemək faydalı ola bilər. Mütəxəssis dietoloq Johanna Salazar yüksək proteinli və ya yağlı qəlyanaltı tövsiyə edir. Qəhvəyə qaynadılmış yumurta, fındıq yağı və ya bir qaşıq tam yağlı hindistan cevizi südü əlavə etmək mədənin qəhvəyə dözməsini kömək edə bilər.

2. Acı Qidalar

Qastroenteroloq Dr. Michael Schopis bildirir ki, ədviyyatlı qidaların tərkibindəki kapsaisin adlı kimyəvi maddə mədə-bağırsaq sistemini stimullaşdırır və orqanizm həzmi sürətləndirməyə çalışır ki, bu da ürəkbulanma, ishal və ya qəfil tualetə getmək ehtiyacına səbəb ola bilər.

3. Şəkərli qidalar

Acqarına şəkərli qidalar yemək insulin və qan şəkərinin səviyyəsini sürətlə artırır. Bundan qaçmaq üçün yüksək lifli qidalardan başlamaq daha yaxşı seçimdir. Çünki lif şəkərin udulmasını ləngidir. Bundan əlavə, şəkərli qidalar acqarına yeyildikdə ishala səbəb ola bilər. Bu, şəkərin bağırsaqlara artıq maye çəkməsi və həzm sisteminin bu yüksək şəkər səviyyəsini tarazlaşdırmağa çalışması ilə bağlıdır.

4. Çay

Dr. Schopis bildirir ki, çay mədəni qıcıqlandıra və turşu istehsalını artıra bilər. Qara çay digər çaylardan daha çox kofein ehtiva etdiyi üçün acqarına istehlak edilməməsi lazım olan bir içkidir. Yaşıl çayın tərkibində kofein də olduğu üçün onu acqarına içmək mədədə narahatlıq yarada bilər. Ancaq kofeinsiz bitki çayları belə problem yaratmır.

5. Qatıq

Qatıq yüksək probiotik və laktik turşu tərkibi ilə bağırsaq sağlamlığı üçün faydalıdır. Ancaq bəzi insanlar laktik turşuya həssas ola bilər. Acqarına qatıq yemək mədə turşusu istehsalını artıra bilər. Dr. Schopis deyir: "Qatığı tox mədədə yemək daha yaxşıdır, çünki bu yolla laktik turşunun bir hissəsi udulur və probiyotiklərin təsiri qorunur".

6. Qazlı içkilər

Qazlı içkilər və mineral sular, xüsusən də acqarnına istehlak edildikdə mədədə narahatlıq yarada bilər. Dr. Çutkan deyir: "Qazlı içkilərin tərkibindəki karbon qazı qabarcıqları mədəyə təzyiq göstərərək gəyirməyə və şişməyə səbəb ola bilər. Onlar həmçinin özofagusun qapağını açıb reflüks əmələ gətirir".

Eyni zamand, şaəkərli sodalar qan şəkərinin sürətlə yüksəlməsinə və potensial olaraq aşağı enerjiyə səbəb ola bilər.

7. Qızardılmış qidalar

Dr. Schopis deyir ki, "Qızardılmış qidalar mədənin həzm prosesini uzatmaqla turşu istehsalını artıra bilər. Bu növ qidalar özofagusun klapanının düzgün işləməsinə mane olub turşu axınına səbəb ola bilər.

8. Bəzi meyvə şirələri

Portağal, naringi və ya qreypfrut kimi sitrus meyvələri, xüsusilə acqarına həzm problemi olan insanlarda narahatlıq yarada bilər. Dr.Schopis bildirir ki, "Sitrus meyvələrində olan limon turşusu mədəni qıcıqlandıra bilər və turşu reflüksünü tetikleyebilir".


Günel Məlikzadə

Seçilən
3
news24.az

1Mənbələr