Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın enerji başda olmaqla heç bir sahədə rəqib istəmədiyini bildirərək “TürkAkım”ı fəaliyyətdən kənarlaşdırmağa çalışdığını qeyd edib.
Sergey Lavrov paytaxt Moskva şəhərində keçirdiyi mətbuat konfransında Rusiya diplomatiyasının 2024-cü il üçün fəaliyyətlərini dəyərləndirib. O, Ukraynanın əvvəlki gün “TürkAkım” qaz kəmərinə təbii qaz təmin edən Krasnodar bölgəsindəki kompressor stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd göstərdiyini xatırladıb və ABŞ-ın buranı fəaliyyətindən kənarlaşdırmağa çalışdığını vurğulayıb. Lavrov bildirib: "ABŞ enerji başda olmaqla heç bir sahədə rəqib istəmir. Avropa İttifaqının enerji sahəsindəki rifahının təməlini sarsıdacaq terror aktlarına göz yumur və Ukrayna rəhbərliyini Şimal Axımından sonra “TürkAkım”ı da fəaliyyətindən kənarlaşdırmağa təşviq edir."
Nazir ABŞ və müttəfiqlərinin ədalətli rəqabətdən imtina etdiyini və rəqiblərini aqressiv metodlarla kənarlaşdırmağa yönəlmiş siyasət həyata keçirdiyini bildirib.