Bakı. Trend:
Ötən il ərzində Naxçıvan Muxtar Respublikasında 6.682 yeni vergiödəyicisi qeydiyyata alınıb.
Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 6.386-sı fiziki şəxslər, 296-sı isəhüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2023-cü illə müqayisədə 6,7 faiz artıb.
Qeyd olunub ki, ötən il kommersiya qurumlarının 83 faizielektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlərəsasında qeydiyyata alınıb.