AZ

Qaya Məmmədov idman yarışında iştirak etdi

 Millət vəkili Qaya Məmmədov Suraxanıda yarışda iştirak edib.
Milli Məclisin deputatı bildirib ki,  Suraxanı rayonunda şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunmuş kikboksinq üzrə yoldaşlıq görüşünün açılışında iştirak etdik.
Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə idman tədbirlərində şəhidlərimizin xatirəsinin anılması əvəzsiz rol oynayır.
Yarışda iştirak edən gənc idmançılarımızın “Rəşadət” ordenli şəhid Rüfət Əsgərovun şərəfli həyat və döyüş yoluna maraq göstərdiklərini görmək xoş idi.
Xatırladaq ki, 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuş mayor Rüfət Əsgərov 2020-ci il oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində xüsusi əhəmiyyətli döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Kəşfiyyatçı, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Seçilən
8
xalq.az

1Mənbələr