15 yanvar 2025-ci il tarixindən etibarən SOCAR-ın “yaşıl” istiqrazlarının abunə yazılışına start verilib:
Nominal dəyəri: 1000 ABŞ dolları
Qazandırdığı illik gəlir: 6%
Müddəti: 5 il
Kupon ödənişləri: Hər 3 aydan bir
Ümumi buraxılış məbləği: 200 milyon ABŞ dolları
İstiqrazları əldə etmək üçün son tarix: 28 fevral 2025-ci il.
“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə buraxılan yeni istiqrazlar vətəndaşlara etibarlı və sabit gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək, ölkəmizin “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək məqsədi daşıyır.