AZ

"İnstagram" gözlənilməz addım atdı - Blogerlərə bəd xəbər

"Meta" 14 yanvar 2025-ci il tarixindən etibarən "Meta Spark" platformasını bağlayacağını, "Instagram" və "Facebook"-da istifadə edilən gözəllik filtrlərini tamamilə siləcəyini açıqlayıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar sosial mediada artırılmış reallıq (AR) filtrlərinin istifadəsində əsaslı dəyişikliyə səbəb olcaq. 

Bu gündən etibarən "Instagram"-da məzmun yaradıcıları tərəfindən hazırlanmış 2 milyondan çox gözəllik filtri silinir. 

Bununla belə, "Meta"-ya məxsus 140 rəsmi filtrdən istifadə hələ də mümkün olacaq.

Şirkət bu qərarı daha yüksək prioritet məhsullara və texnologiyalara diqqət yetirmək üçün verdiyini bildirib. 

Bu prosesdə yeni cihazları, xüsusən də artırılmış reallığa əsaslanan "Orion AR" eynəklərini vurğulamaq məqsədi daşıyır.

Mütəxəssislər qeyri-real gözəllik standartları yaradan bu filtrlərin bədən qavrayışına mənfi təsir etdiyini vurğulayıblar. 

Qərar istifadəçilər arasında mübahisəyə səbəb olub. Bəziləri bu addımı təbii və real gözəlliyə dəstək kimi qiymətləndirsə də, digərləri buna ifadə azadlığına müdaxilə kimi yanaşıblar.

Seçilən
8
soz.az

1Mənbələr