AZ

Xocalı sakini: "Sevincli, qürurlu və duyğulu anlar yaşayırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hər kəs bu qayıdışa görə sevincli və qürurlu anlar yaşayır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri Xocalı sakini Allahverdi Kərimov deyib.
O, doğma yurda qayıdışı uzun müddət səbirsizliklə gözlədiklərini deyib:
"Biz Şəki rayonu Köbər Zəyzid kəndində Muradbulaq adlanan ərazidə məskunlaşmışdıq. Altı nəfərlik ailə üzvü ilə bərabər indi doğma yurdumuza qayıdırıq. Əlbəttə, çox sevincliyik.
İndiki vəziyyətdə kəndimizə çatmağı səbirsizliklə gözləyirik. Həm sevincli, həm qürurlu, həm də duyğulu anlar yaşayırıq".
Qeyd edək ki, bu gün Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
Seçilən
3
oxu.az

1Mənbələr