AZ

AFFA rəhbərliyi sabah yığışır – Vacib qərar veriləcək

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısının vaxtı dəqiqləşib. Ali qərarverici orqan sabah bir araya gələcək. Federasiyanın inzibati binasında keçiriləcək yığıncaq barədə üzvlərə məlumat veriləcək.
Gündəlikdə bir neçə məsələ var. Onların başında növbəti mövsümdən etibarən Premyer Liqada legioner limitinin ləğvinin müzakirəsi gəlir. Belə ki, İK 7+4 limitini tamamailə aradan qaldırmaq niyyətindədir. Komitənin əksər üzvləri bu ideyanı dəstəkləyir.
Sabahkı məşvərətlərdə aşağı yaş qrupları üzrə yığmaların yeni baş məşqçilərinin seçiləcək.
SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr