Bakı. Trend:
Fransanın Azərbaycana qarşı təxribatlarının davam etdiyinigörürük. Bu gün də Parisin siyasətində heç bir dəyişiklik yoxdur.Bu təmaslar olsa da, mesajlar verilsə də, Fransanın bizə qarşıbugünkü siyasətində heç bir dəyişiklik görmürük. Yenə də ölkəmizəqarşı eyni addımların atıldığını, təxribatların törədildiyinimüşahidə edirik. Bunlara son qoyulduqdan sonra hansısaəməkdaşlıqdan söhbət gedə bilər.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı CeyhunMəmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu məsələdə əsasyanaşması və mövqeyi ondan ibarətdir ki, Fransa ölkəmizə qarşıtəxribatlar, ikili standartlar, ədalətsizliyə qərəzli yanaşmaya sonqoymalıdır və Ermənistanı silahlandırmamalıdır.
“Bu gün biz ümumi prosesə baxanda görürük ki, bölgəmizdəgərginlik yaradan, sülhün gəlməsinə mane olan, münasibətləri dahada mürəkkəbləşdirən ölkələrdən ən öndə gedəni Fransadır. HəmErmənistanı silahlandırır, İrəvan vasitəsilə bizə qarşı təxribatxarakterli addımlar atır.
Fransa siyasətini, yanaşmasını dəyişsə, bu istiqamətdətəxribatlara son qoysa, Ermənistanı öldürücü silahlarla təminetməyi dayandırsa, müəyyən addımlar atıla bilər. Fransa eynisiyasəti davam etdirsin, BMT səviyyəsində qətnamə qəbullandırmağaçalışsın, Ermənistanı silahlandırsın, bütün hallarda Azərbaycanəleyhinə təbliğat aparsın, digər Avropa ölkələrinə təsir etsin,Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamələrin qəbuledilməsinə çalışsın - bu şərtlərlə münasibətlərin normallaşmasındansöhbət gedə bilməz”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isəTrend-əaçıqlamasında bildirib ki, Fransanın hakim dairələri ilə əlaqələrinqurulması, Azərbaycanla münasibətlərin əvvəlki vəziyyətinəqayıtması sadə və bir gündə bir təmasla həll olunan məsələdeyil:
“Çünki Makron Fransası həddindən artıq qərəzli, birtərəfli,beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirməklə münasibətlərə çoxdərin zərər vurub. Bunun aradan qaldırılması üçün qətiyyətli, yeniFransa lazımdır. Nə qədər ki Emmanuel Makron hakimiyyətdədir, bu,mümkün deyil. Prezident İlham Əliyev bununla bağlı mövqeyinibildirdi və qeyd etdi ki, əməkdaşlığa hazırıq, yetər ki, bu,bərabərhüquqlu olsun, beynəlxalq hüquq, ədalətə söykənsin. Dövlətbaşçısı qeyd etdi ki, biz heç yerə getməyəcəyik, kim münasibətləridüzəltmək istəyirsə, Azərbaycana gəlsin”.
Deputat xatırladıb ki, Prezident İlham Əliyevin müsahibəsindənbir neçə gün sonra Brüsseldən Azərbaycana yüksək səviyyəli qonaqlargəlib və tərəflərin maraqlarına cavab verən məsələlər ətrafındamüzakirə aparılıb.
“Eyni şəkildə Fransa da bu istiqamətdə hansısa addımlar atsa,bərabərhüquqlu qaydada, şəffaf və ədalətli şəkildə nəyisə müzakirəetmək lazım olsa, Azərbaycan buna hazırdır. Şübhəsiz ki,Azərbaycanın heç vaxt hansısa ölkə ilə münasibətlərigərginləşdirməkdə maraqlı olmayıb, yetər ki, onun mənafeləriqorunsun. Fransa da əgər Azərbaycanla münasibətlərə yenidən baxmaqistəyirsə, öz yanlış xarici siyasətini yenidən qiymətləndirməkistəyirsə, belə təmaslar mümkdündür”, - deyə H.Babaoğlu əlavəedib.