AZ

Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 62 faizdən çox artıb

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 270 milyon 573 min 800 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 62,3 faiz üstələyib.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, istifadə olunmuş vəsaitin 38 milyon 518 min 100 manatı və ya 14,3 faizi məhsul istehsalı sahələrinə, 40 milyon 940 min 200 manatı və ya 15,1 faizi xidmət sahələrinə, 191 milyon 115 min 500 manatı və ya 70,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala vəsait qoyuluşunun 230 milyon 573 min 400 manatı və ya 85,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 68,1 faiz çoxdur.

 

 

Seçilən
1
1
azertag.az

5Mənbələr