AZ

İlon Maska Ağ Evdə ofis verildi

Dünyanın ən varlı adamı İlon Maskla ABŞ-ın seçilmiş prezidenti Donald Tramp arasında dostluq davam edir.

News24.az xəbər verir ki, ikilinin yaxınlığının son əlaməti olaraq Maska Ağ Ev kompleksində ofis verildi.

SpaceX-in yaradıcısına Ağ Evin düz yanında yerləşən Eyzenhauer İcraçı Ofisinin binasında yer ayrılıb.

Maskın Trampın ofisi olan Qərb Qanadına daxil olmaq üçün xüsusi icazənin olub-olmayacağı hələ dəqiq deyil.


Günel Məlikzadə

Seçilən
4
news24.az

1Mənbələr