AZ

Rusiya İranla hərbi alyans yaradır? - XİN başçısı açıqaldı

Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ikitərəfli münasibətlərin bütün aspektlərinə, o cümlədən müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlib, lakin hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur.

“AzPolitika” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

Bu barədə İranın dövlət televiziya və radio şirkətinin efirində danışan nazir deyib: “Bu, həqiqətən də hərtərəfli, hər şeyi əhatə edən sazişdir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edir, iqtisadiyyat və ticarətə xüsusi diqqət yetirilir. Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin hərbi ittifaq yaratmaq məqsədi güdmür”.

Onun sözlərinə görə, saziş üçüncü ölkələrə qarşı yönəlməyib və heç bir şəkildə Moskva və Tehranı digər ölkələrlə müqavilə bağlamaqda məhdudlaşdırmır.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiya-İran müqaviləsinin 20 il müddətinə bağlanacağını açıqlayıb.

“AzPolitika.info”

Seçilən
8
azpolitika.info

1Mənbələr