AZ

Buraxılış imtahanlarına hazırlıq: Yüksək nəticəyə gedən yol...

Ötən günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən XI sinif təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarının tarixləri elan edildi. Abituriyentlərin imtahana hazırlaşmaq üçün çox az vaxtları qalıb. Müşahidələr onu göstərir ki, adıçəkilən müsabiqəyə hazırlaşmaq üçün namizədlər əsasən keçmiş imtahanların suallarını işləyərək nə qədər bal toplayacaqlarını müəyyən etməyə çalışırlar. 

Bu yanaşma abituriyentlərə həqiqətən kömək edirmi?

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev AzEdu.az-a açıqlamasında bildirib ki, keçmiş illərin imtahan suallarının işlənməsinin müəyyən dərəcədə faydası olsa da, əsas üstünlük abituriyentlərin imtahan suallarının formatını anlamasına kömək edir:

 

"İmtahana çox az bir müddət qalıb. 2-9 mart tarixlərində cari ilin məzunları, 6 aprel tarixində isə ötən ilin eksternat qaydada məzunları üçün imtahanlar keçiriləcək. İmtahanlara az vaxt qaldığını nəzərə alaraq, repetitorlar və hazırlıq müəllimləri abituriyentlərlə daha çox əvvəlki illərin imtahan suallarını işləyirlər. Bu yanaşmanın müəyyən dərəcədə faydası olsa da, əsas üstünlük imtahan suallarının formatını anlamağa kömək etməkdir.

Lakin, daha məqsədəuyğun olar ki, abituriyentlər qalan müddətdə təkrara daha çox diqqət yetirsinlər. Onlar bilmədikləri və ya çətinlik çəkdikləri mövzulara xüsusi diqqət ayırmalı, bu sahələrə fokuslanmalıdırlar.

Cari ilin məzunları üçün imtahana 2 aydan az, əvvəlki ilin məzunları üçün isə təxminən 3 ay vaxt qalıb. Bu müddət ərzində abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi sinif materialları və müvafiq test tapşırıqlarını diqqətlə öyrənməlidirlər".

Seçilən
5
azedu.az

1Mənbələr