AZ

FİF-in “Biznes-klub” layihəsi uğursuzluğa düçar oldu? – “daha iki bölgə klubu...”

Mətbuatda Futbolun İnkişaf Fondunun (FİF) “Biznes-klub” layihəsinin uğursuzluğa düçar olduğu haqda xəbərlər yayılıb.

İddialara inansaq, bu çərçivədə 1-ci liqada iştirak edən “Zaqatala”ya himayəçilik edən, daha doğrusu, hər ay kluba müəyyən məbləğdə ianə edən şirkət və iş adamlarından səkkizi maliyyə dəstəyini dayandırıb. Nəticədə 10 sponsordan cəmi ikisi qalıb.

Bu məsələ ilə bağlı FİF-in icraçı direktoru Tural Piriyevin fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı:

“Layihəyə 10 yox, səkkiz nəfərlə başlamışdıq. Hazırda onlardan üçü maliyyə dəstəyini dayandırıb. Səbəb layihədən və ya klubdan narazılıq deyil. Sadəcə, maddi imkanlarla bağlı verilən qərardı. “Biznes-klub” layihəmiz qalan beş nəfərlə davam edir. “Zaqatala”ya lazımi yardım edilir. Yeni əməkdaşlarla danışıqlar aparırıq və iştirakçıların sayını artırmağa çalışırıq. Başverənlər üzündən klubda hansısa maddi sıxıntı yaranmayıb. Həm də əvvəl müəyyən məbləğdə razılığa gəldiyimiz iş adamları var ki, onlar bir müddət sonra həmin vəsaiti ikiqat artırıb. Ümumiyyətlə, “Biznes-klub” layihəsi uğurlu formatdı. Bəzən belə halların yaşanması normaldı. Çünki bəzi sahibkarlar hələ ki kiçik bizneslə məşğuldu. Hazırda daha iki bölgə klubunun bu layihəyə cəlb edilməsi yönündə işlər görürük”.

KƏNAN BAHADIR
Seçilən
3
football-plus.az

1Mənbələr