Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Rusiya Ukraynaya qarşı növbəti kütləvi hava hücumu həyata keçirib. Yenə çoxlu sayda ballistik və digər raketlər, eləcə də İran “Şahed”-lərindən istifadə olunub.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı paylaşım edib.
Onun sözlərinə görə, yanvarın 15-i səhər Rusiya Ukraynaya 40-dan çox raket atıb: “Rusiyanın daha bir kütləvi zərbəsi. Artıq qışın ortasıdır və rusların hədəfi dəyişməz olaraq qalır: bizim enerji sektorumuz”.
Zelenski qeyd edib ki, Rusiya qoşunları Ukraynanın qaz infrastrukturu və enerji obyektlərini hədəfə alıb: “Bu zərbədə ballistik raketlər də daxil olmaqla 40-dan çox raket olub. Onların ən azı 30-u məhv edilib. Həmçinin gecə ərzində 70-dən çox Rusiya PUA-sının hücumu olub. Hava hücumundan müdafiəmiz və bunda iştirak edən bütün bölmələr sayəsində biz enerji sistemimizin işini davam etdiririk”.
“AzPolitika.info”