Bu ilin 7 ayında yerli aviaşirkətlər 870 min sərnişin daşıyıb. Bu, 2011-ci ilin eyni dövründəkindən 13,1% çoxdur. Bu templə hava sərnişin daşımaları bu il 2007-ci ilin pik göstəricisinə (1 526 min nəfər) çata bilər.
Dövlətstatkomda Turan-a deyiblər ki, sərnişin daşımalarının 98,5%-i “Azerbaijan Airlines”in payına düşüb. Ötən ildən şirkət Avropa və MDB üzrə reys coğrafiyasını genişləndirib. Uçuş tezliyi artırılıb. Amma AZAL-ın fəaliyyəti ziyanlıdır.
2011-ci ildə Azərbaycan aviaşirkətləri 1 394 min sərnişin daşıyıb (+37,1%). 08D