“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti beynəlxalq standartlara uyğundur”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin keyfiyyət idarəetmə sisteminin təkrar auiditinin nəticələrinə həsr olunmuş tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, DİM-in fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu kənar bir təşkilatın qiymətləndirməsi bizim üçün çox vacibdir:
"Hər il dünya və Avropa konfranslarında iştirak edirik. DİM-in auditi prosesinə ilk dəfə 2021-ci ildə başlanılıb.
RCEC təşkilatı tərəfindən keçirilən təkrar auditin əsas məqsədi, DİM-in Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsi və audit nəticələrinə əsaslanaraq sistemin effektivliyinin daha da artırılmasıdır. Audit zamanı DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib.
Auditin nəticəsi, DİM-in fəaliyyətində innovativ yanaşmalar və müasir idarəetmə sistemlərinin tətbiq edildiyini, həmçinin dövrün çağırışlarına uyğun fəaliyyət göstərdiyini bir daha sübut edir".