"Şahdəniz-2" layihəsi çərçivəsində ildə 16 mlrd m3 qaz hasilatı ilə 2020-ci ildə hasilat pikə çatacaq, deyə Oilgasenergy portalı bildirir.
"Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi şübhə yeri qoymur: Azərbaycan qazının Avropaya yolu tez olmayacaq. ƏMSSTQ-yə əsasən, "Şahdəniz 2"də (16 mlrd m3) hasilatın piki 2020-ci ildə - işlənməyə başlayandan 2 il sonra olacaq", - deyə məlumatda bildirilir.
Məlumatda deyilir ki, BP Azerbaijan-ın ekologiya və sosial məsələlər üzrə operatoru Bill Bolton dinləmələrdə bildirib ki, 2013-cü ildə yekun qərar çıxarılandan sonra tikinti işləri 2014-cü ildə başlayıb 2016-cı ildə bitəcək. "2017-ci ildə montaj işləri keçiriləcək 2018-ci ildə hasilat başlayacaq", - deyə Bolton bildirib.
Layihəyə əsasən, 2 dəniz platforması tikiləcək, 26 sualtı quyu qazılacaq, sualtı kəmərlər çəkiləcək, Səngəçal terminalı, Cənubi Qafqaz boru kəməri genişləndiriləcək.
"Şahdəniz"də ilk qaz 2006-cı ildə çıxarılıb. Ehtiyatları 625 mlrd m3 qaz və 101 mln kondensat qiymətləndirilir. Hasilatın ikinci mərhələsinin qiyməti $28 mlrd qiymətləndirilir. --12D--