Fevralın 19-da Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğıu və Maya Pancikidzenin üçtərəfli görüşü olacaq.
Bu formatda görüş 2012-ci ildən keçirilir. İlk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində olub. 2013-cü ildə üç ölkənin nazirləri Batumidə görüşüblər.
Rəsmi mənbələrin məlumatına görə, Gəncədə regional əməkdaşlıq və üç ölkə arasındakı birgə layihələrin reallaşması müzakirə olunacaq.-16D-