Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı həbsdə olan NİDA Vətəndaş Hərəkatı fəallarının azadlığa buraxılması üçün imzatoplanma kampaniyasına başlayıb.
Kampaniya təşkilatın saytında keçirilir:http://www.amnesty.org/en/appeals-for-action/youth-activists-Azerbaijan.
Aİ-nin müraciətində fəalların dərhal azadlığa buraxılması tələb olunur. Onlardan bəzisinin işğəncələrə məruz qaldığı qeyd edilir. Əsasən 17 yaşlı Şahin Novruzlunun 4 dişi sındırılıb. Məmməd Əzizov müvəqqəti olaraq bir qulağından kar olub.
Aİ hesab edir ki, gənclər ifadə azadlığı və dinc etirazların təşkilinə görə təqib olunurlar.
Aİ Azərbaycanın mayın 14-də Avropa Şurasının Nazirlər Komitəsində altıaylıq sədrliyi ərəfəsində ölkə prezidentini gəncləri dərhal azad etməyə çağırır.
NİDA təşkilatının 8 fəalı 2013-cü ilin mart-may aylarında həbs olunub. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Onlara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb.16D06--