AZ

Təl-Əvivə PUA ilə hücum edildi

Yəməndəki husi üsyançıları İsrailin paytaxtı Təl-Əvivin Yaffa rayonu və Eylat şəhərinə hücum edib. Metbuat.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Seri açıqlama verib. O husilərin “Əl-Məsirə” telekanalına açıqlamasında bildirib ki, çoxlu sayda silahlı pilotsuz uçuş aparatı ilə iki uğurlu hərbi əməliyyat həyata keçirilib. Seri, əməliyyatlarda Təl-Əviv yaxınlığındakı Yafa bölgəsini və cənubdakı Eylat şəhərindəki elektrik stansiyasını hədəf aldıqlarını bildirib. Seri hər iki əməliyyatın məqsədlərinə çatdığını bildirib.

Qeyd edək ki, İsrailin Qəzzaya irimiqyaslı hücumlarından sonra husilər HƏMAS-a dəstək məqsədi ilə İsrailə raket və PUA-larla hücumlar həyata keçirib. Ardınca İsrail, ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə hüsilərin mövqelərini bombalayıb.

Seçilən
31
1
metbuat.az

2Mənbələr