Azərbaycan banklarının məcmu aktivləri 1 may 2014-cü il üçün 22 mlrd. 9,5 mln manatdır.
AMB-dən verilən məlumata görə, bu, yanvardakından (20 mlrd 385,1 mln manat) 8% çoxdur.
Bankların kreditləri 15 mlrd 775,6 mln manat (+5,2%), xüsusi kapital 3 mlrd 605,4 mln manat (+5,2%) olub.
Mayın əvvəli üçün Azərbaycan bankları əhalidən 6 mlrd 569,9 mln manat əmanət cəlb edib (+2,7%). Amma vəsaitlərin kütləvi çıxarılması da diqqəti cəlb edir – mənfi 1,3%. 1 aprel üçün əhalinin əmanətləri 6 mlrd 656,3 mln manat idi.. --17D—