Mərkəzi Bank manatın məzənnəsini qorumaq üçün yanvar-iyulda 1 mlrd manat ABŞ dolları əldə edib. Amma $ 967,4 mln rekord deyil. Ötən ilin eyni dövründə bu göstərici 20% çox idi.
Bankın saytındaverilən məlumata görə, hesabat dövründə valyuta bazarında təklif tələbdən çox olub. Tədbirlər nətcəsində manatın dollara nisbətdə məzənnəsi 0,03% möhkəmləib. « Manatın məzənnəsinin sabitliyi makroiqtisadi mühitə və maliyyə sektorunda sabitliyə müsbət təsir edib», - deyə məlumatda bildirilir.
Ötən il AMB manatın məzənnəsini qorumaq üçün valyuta bazarında $2 mlrd 457 mln məbləğində xarici valyuta alıb. Nəticədə manat dollara nisbətdə 0,06% möhkəmlənib. --17D—