Prezident İlham Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. Belə ki, prezidentin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin başqa sərəncamı ilə Nazim Veysov Şəmkir rayonu icra başçısı vəzifəsindən azad edilib.
Alimpaşa Məmmədov bundan öncə Vergilər Nazirliyinin müxtəlif strukturlarına rəhbərlik edib.-03D-