Türkiyənin «Ziraat Bankası» ölkəmizdə törəmə bank açmaq üçün Mərkəzi Banka müraciət edib.
AMB-nin məlumatına görə, ilin sonuna kimi müraciətə baxılıb «Ziraat Bankası»na cavab veriləcək.
Qeyd edək ki, «Ziraat Bankası» 1995-ci ildən «Azər-Türk Bank»ın səhmdarı kimi Azərbaycanın bank bazarında iştirak edir. --17D—