“Yaşıl kart” (GreenCard) sistemində işləmək hüquqi əldə edən yerli sığortaçılarının nümayəndələri İcbari Sığorta Bürosuna (ISB) təqvim ayı ərzində bağlanan “Yaşıl kart” polisləri mükafatları məğləöinin 5% həcmində təqvim ödənişləri həyata keçirməlidir. Bu qayda Milli Məclisin beşinci günü qəbul etdiyi “İcbari sığorta növləri haqqında” qanuna edilən dəyişikliklərdə nəzərdə tutlub.
ISB öz növbəsində sığortaçılar tərəfindən həyata keçirilən birdəfəlik və təqvim ödənişləri hesabına formalaşan cari öhdəkilərlə bağlı ehtiyatlar yaratmaq öhdəliyi götürür.
Təqvim ödənişləri hm cari öhdəkilərlə bağlı rezervlərin formalaşmasına, həm də büronun digər işlərinin aparılmasına, o cümlədən “Yaşıl kart” blanklarının çapının maliyyələşdirilməsinə yönəldilir. Təqvim ödənişləri büronun müvafiq hesabına qarşıdakı ayın 15-dən gec olmayaraq köçürülməlidir. Birdəfəlik ödənişin AR Maliyyə Nazirliyi yanında Sığorta Nəzarəti Dövlət Xidməti tərəfindən müəyyən ediləcək.
Dövlət xidməti həmçinin sığortaçıların bu sistemlə işləyərkən tətbiq edəcəyi tarifin həcmini müəyyən edəcək. Sistemdə yalnız ISB üzvü olan şirkətlər iştirak edəcək.
Sistem çərçivəsində müqavilə bir ay, rüb, yarım il və bir təqvim ili müddətinə bağlanır. ISB yerli sığortaçılar adından vahid təkrar özünü sığorta edən kimi çıxış edir. Bu gün “Yaşıl kart”a Avropa, Asiya və Afrikadan 46 ölkə daxildir. 2006-cı ildən Büro Şurasının mənzil-qərərgahı Brüsseldə yerləşir.
27 sığortaçıdan 15-i yerli İcbari Sığorta Bürosunun üzvləridir, onlardan 11-i AVSMMİS çərçivəsində sığorta hüququna malikdir. --17D—