Xarici sığorta, təkrarsığorta və broker şirkətlərinin siyahısına yeni oyunçular əlavə edilib.
Dövlət Sığorta Nəzarəti Xidmətinin qərarı ilə xarici sığorta və təkrarsığorta şirkətlərinin siyahısına 4 təşkilat əlavə edilib - "Transatlantic Reinsurance Company" (ABŞ), "PO" KamaRE" (RF), SelectaInsurance Company Limited (RF) və "Best Meridian Insurance Company" (ABŞ). Beləliklə, reyestrdəki sığorta və təkrarsığorta şirkətlərinin sayı 147-yə çatıb.
Bundan başqa, broker şirkətlərinin siyahısına "IBS Sigorta ve Reasurans Brokerligi A., S" (Türkiyə) daxil edilib. Broker şirkətlərinin sayı 69-a çatıb.
Dövlət Sığorta Nəzarəti Xidmətinin reyestri “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən yaradılıb. --17D—