Xəzəryanı ölkələrin iri neft-qaz şirkətləri və nazirlikləri 9-10 aprel 2015-ci ildə Bakıda VIII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı çərçivəsində Xəzərin karbohidrogenlərinin ixracı üzrə əməkdaşlığı müzakirə edəcəklər
Bu barədə ARDNŞ ilə birgə tədbirin təşkilatçısı olan Britaniyanın Confidence Capital şirkəti məlumat verir.
Konfransın işində son hadisələrin analizi, neft-qaz resurslarının ixrac və tranziti üzrə mümkün ssenarilərin analizi, mövcud və gələcək neft-qaz sazişlərinin analizi, nəqliyyat infrastrukturunun gələcək inkişafı, neft emalı, neft-kimya sənayesi, logistika problemləri və s. müzakirə olunacaq. –12D--