“Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru Konstantin Limitovski ilə görüşmək xoş oldu. İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Görüşdə səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanıb.