AZ

Los-Ancelesdəki tövlələr Nuhun gəmisinə çevrildi


7NEWS.az xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində bir həftədən artıqdır davam edən yanğınlar insanlarla birlikdə yüzlərlə heyvanı çətinliklə üz-üzə qoyub. Los-Anceles Atçılıq Mərkəzi 24 saat ərzində müasir Nuhun gəmisinə çevrildi. Mərkəzə toplaşan könüllülər yüzlərlə heyvanı fəlakətdən qorumağı öz üzərlərinə götürüblər. Morris və Mika adlı iki eşşək sosial media istifadəçilərinin sevimlisinə çevrilib. Mərkəzdəki könüllülər eşşəklərə əsəbləşəndə ​​necə oxuduqlarını danışıblar. Bölgədəki xaos bitəndə buradakı heyvanların aqibətinin necə olacağı, hara aparılacağı məlum deyil.
Seçilən
3
7news.az

1Mənbələr