AZ

Keçmiş müstəntiq “Range Rover”i qaçırıb ardıcıl üç qəza törətdi- ANBAAN VİDEO

Yanvarın 15-də Rusiyanın Vladivostok şəhərinin Russkaya küçəsində “Range Rover” markalı avtomobil oğurlanıb. AzPost Rusiya mətbuatına istinadla xəbər verir ki, avtomobili qızdırmaq üçün müvəqqəti olaraq tərk edən sürücü qayıdan zaman onu yerində tapmayıb. Rayon Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 1987-ci il təvəllüdlü şəxs avtomobili mərkəzi meydanın piyadalar üçün nəzərdə tutulmuş hissəsinə çıxarıb, daha sonra yerli kilşənin qapısına avtomobili çırpıb. Onu saxlamaq üçün gələn partul maşını və ardınca avtobusu vuraraq dayanıb.  Aparılan araşdırma zamanı onun Xabarovsk İstintaq Komitəsinin keçmiş əməkdaşı Aleksandr Qolujenko olduğu üzə çıxıb.

Həbs edildikdən sonra kişi polisə etiraf edib ki, kilsədə şam yandırmaq istəyib. Lakin məbədin yalnız binanın özündə satılan şamların qoyulması tələbi onu qəzəbləndirib. Bundan sonra avtomobili qaçıraraq kilsənin qapısına çırpıb.

Qeyd edık ki, Xabarovsk Vilayət Məhkəməsinin materiallarında Qolujenkonun psixiatriya xəstəxanasında müalicə olunduğu qeyd olunur.

Seçilən
4
azpost.info

1Mənbələr