AZ

Valideynlərə sosial-psixoloji dəstəyin göstərilməsi məqsədilə maarifləndirmə görüşü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzinin xidmətlərindən bəhrələnən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların valideynləri və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin benefisiarları üçün maarifləndirici görüş təşkil edilib.

 

 

Bakı Dövlət Universiteti ilə imzalanan əməkdaşlıq memorandumuna əsasən keçirilən görüş “Valideynlərə emosional dəstəyin göstərilməsi üçün müxtəlif psixoprofilaktik, psixogigiyenik, psixoterapevtik yanaşmalardan istifadə olunması” mövzusuna həsr olunub.

 

 

Universitetin Sosial elmlər və psixologiya fakültəsinin magistrantı, Türkiyənin Hacettepe Universitetinin məzunu Ömər Şən iştirakçılara uşaqların şəxsi və intellektual inkişafındakı geriləmələrin aradan qaldırılması, sağlam şəxsiyyətin formalaşdırılmasında valideynlərə dəstək məqsədi daşıyan psixoloji korreksiya işinin əhəmiyyətindən danışıb.

 

 

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Bu kimi görüşlərin məqsədi uşaqların inkişafında valideynlərə müvafiq sosial-psixoloji dəstəyin göstərilməsidir.

Seçilən
4
qht.az

1Mənbələr