AZ

Venesueladan bu ölkələrə diplomatik məhdudiyyət: 48 saat ərzində...

Venesuela hökuməti Niderland, Fransa və İtaliyaya qarşı "düşmən davranışı" və "ekstremist qruplara dəstək" göstərdikləri üçün diplomatik məhdudiyyətlər qoyub.

Publika.az xəbər verir ki, Venesuela hökuməti sözügedən ölkələrdən 48 saat ərzində səfirliklərində akkreditə olunmuş diplomatların sayını 3-ə endirmələrini istəyib.

Venesuelanın xarici işlər naziri İvan Gil bununla bağlı “Telegram” hesabında açıqlama verib:

“Venesuela sabitliyini, suverenliyini və öz səyləri ilə əldə etdiyi sülh yolunu təmin etmək üçün beynəlxalq hüquqa uyğun addımlar atmağa davam edəcək. Niderland, Fransa və İtaliya səfirliklərində çalışan diplomatlar Karakasdakı Bolivar Meydanından 40 kilometrdən çox məsafə qət etdikləri təqdirdə Venesuela Xarici İşlər Nazirliyindən yazılı icazə almalıdırlar”.

Seçilən
6
publika.az

1Mənbələr