Xocalı, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalıya köç edən keçmiş məcburi köçkün, Vətən müharibəsi qazisi Soltan Cəfərov deyib.
“Mənim üçün böyük fəxrdir ki, uğrunda döyüşdüyüm torpaqlarda yaşamaq bu gün qismətim olub. Buraya gələrkən Tərtərdə və Ağdamda şəhidlərimizin məzarını ziyarət etdim. Allah torpaq uğrunda şəhid olanlara rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, – deyə Vətən müharibəsi qazisi bildirib.