AZ

Berlin İris-T SLM Hava Hücumundan Müdafiə Sistemi üçün 60 raketi Ukraynaya təhvil verəcək

DPA agentliyinin çərşənbə günü, yanvarın 15-də verdiyi məlumata görə,

Almaniya tezliklə İris-T SLM hava hücumundan müdafiə sistemi üçün daha 60 raketi Ukraynaya təhvil verəcək.

Herbiand.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Ümumi dəyəri təxminən 60 milyon avro olan raketlər Bundesverin anbarlarından gələcək. Bu çatdırılma Almaniyanın müdafiə naziri Boris Pistoriusun Kiyevə səfəri zamanı əldə etdiyi razılaşmaların nəticəsidir.

Pistorius Almaniya hökumətinin Ukraynaya 3 milyard avro dəyərində hərbi yardım paketi hazırladığını, lakin lazımi maliyyənin ayrılması üçün kabinet daxilində danışıqların davam etdiyini bildirib. Buna səbəb Almaniyada hökumət koalisiyasının dağılmasından sonra 2025-ci ilin büdcəsinin nəhayət təsdiqlənməməsidir.

O, həmçinin Ukrayna rəhbərliyini əmin edib ki, fevralın 23-də keçiriləcək seçkilərdən sonra ölkəyə hansı hökumətin rəhbərlik etməsindən asılı olmayaraq, Berlin Kiyevi  dəstəkləməyə davam edəcək.

Seçilən
7
herbiand.az

1Mənbələr