AZ

Yurgen Klopp “Red Bull”da işləməsi ilə bağlı qərarını əsaslandırdı

Alman mütəxəssis Yurgen Klopp “Red Bull” şirkətində futbol əməliyyatları üzrə dünyəvi rəhbər işləməsi ilə bağlı qərarını əsaslandırıb.

Arena.az xatırladır ki, alman mütəxəssis cari ilin yanvar ayının 1-dən vəzifəsinin icrasına başlayıb.

“Çünki bu, başqa roldur. Həmişə demişəm ki, icra etdiyim işi sevirəm. Mən minlərlə oyundan və mətbuat toplantılarından sonra yenidən başlamaq və yeni imkanlar əldə etmək istədim.
Yaşadığım mərhələ üçün bu, mükəmməl bir addımdır. İndi mənim fantastik komandam var. Mario Qomes beynəlxalq komandanın bir hissəsidir. Hər kəs bu şirkətə həvəslidir. Bunu etdiyim üçün çox şadam”, – jurnalist Florian Plettenberq Yurgen Kloppdan sitat gətirir.

Əlavə edək ki, Klopun Almaniya yığmasının baş məşqçisi vəzifəsinə dəvət ediləcəyi təqdirdə, alman mütəxəssisin “Red Bull” ilə müqaviləsinə xitam vermək hüququna malik olduğu da nəzərdə tutulub.

Yurgen Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin Frankfurt “Ayntraxt”ının gənclərdən ibarət komandasında baş məşqçi olub.

Seçilən
9
arena.az

1Mənbələr