Türkiyədə yaşayan əcnəbi ana A.J. (22) səhər oyanıb və körpəsinin xəstə olduğunu anlayıb.
News24.az xəbər verir ki, ana yaxınları ilə birlikdə körpəsini bir aptekə aparıb.
Aptek işçiləri anasının qucağında hərəkətsiz qalan körpənin nəbzini yoxlayıb. Körpənin nəbzi olmadığını müəyyən edən işçilər vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
Tibb qrupları aptekdə etdikləri müdaxilə zamanı körpənin ürəyinin dayandığını təyin ediblər.
Şəhər Xəstəxanasına aparılan körpəni orada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Polis qrupları, 2 uşağı daha olan ana və atanın ifadəsini alıb.
Körpənin ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə