AZ

"Bədən maddiyyatdan qüvvə tapır" - Hacı Soltan

"İnsan iki hissədən ibarətdir: bədən və ruh".

News24.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zamirə Dadaşovanın təqdimatında RTV-də yayımlanan "Zamirə ilə açıq söhbət" layihəsinin budəfəki qonağı Hacı Soltan deyib.

"Bədən maddiyyatdan qüvvə tapır. Bizim dilimizdə desək, yeməkdən. İnsan yemək yeməzsə, qüvvəsi olmaz, dizinin taqəti olmaz. Bədən torpaqdan yaradıldığına görə onun qidası da torpaqdan gəlir. Məsəl üçün, taxıl, buğda, meyvə-tərəvəz hamısı torpaqdan çıxır", - deyə o bildirib.

Hacı Soltan əlavə edib ki, ruh isə insana göydən gəlib, onun qidası Qurandır: 

"Ruhun qidası mərifətdir, əxlaqdır, ədəbdir, zikrdir, namazdır, Allahla rabitədir. İnsan bunları dərk eləsə, onun ibadəti kamil şəkildə olacaq".

Daha ətraflı videoda:

Günel Məlikzadə

Seçilən
16
news24.az

1Mənbələr